Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.07.2024 09:18
  • A-
  • A
  • A+

Sankt-Peterburqdan gətirilən arxiv sənədləri ilə bağlı hesabat verilib

Sankt-Peterburqdan gətirilən arxiv sənədləri ilə bağlı hesabat verilib

AMEA-nın Naxçıvan Bölməsində Rusiyadan gətirilən arxiv sənədləri ilə bağlı hesabat iclası olub.

İclası açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev arxiv sənədlərinin tarixi faktların dəqiqləşdirilməsindəki rolundan, arxivlərdə işləməyin məsuliyyətindən söz açıb. Əldə olunan arxiv materiallarının gələcək araşdırmalar üçün geniş imkanlar yaradacağını qeyd edib.

Vurğulanıb ki, bölmə əməkdaşları Sankt-Peterburq Mərkəzi Dövlət Arxivinin və Rusiya Dövlət Tarix Arxivinin ümumilikdə 42 fondundan Naxçıvan tarixinə aid 2500 səhifədən artıq material əldə etmiş və Naxçıvana gətirmişlər. Qeyd olunan sənədlər Naxçıvanın XIX-XX əsrlər tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı və əlaqələri ilə bağlıdır.

İclasda AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun 2024-cü ilin 1-22 iyun tarixlərində Sankt-Peterburqdan toplamış olduqları arxiv materialları, apardıqları araşdırmalar barədə hesabatları dinlənilib, əldə olunmuş nəticələr müzakirə edilib.

Sonda həmin sənədlərin ciddi araşdırılması üçün zamana və aid mütəxəssislərə ehtiyac olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, arxiv sənədləri həm AMEA-nın Naxçıvan Bölməsinin Elmi arxivinə, həm də Naxçıvan Dövlət Arxiv İdarəsinə elektron formada təqdim ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: