Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

01.02.2024 15:18
  • A-
  • A
  • A+

Azərbaycan şəraitində badamın reintroduksiyası, yetişdirilməsi və iqtisadi səmərəsi öyrənilib

Azərbaycan şəraitində badamın reintroduksiyası, yetişdirilməsi və iqtisadi səmərəsi öyrənilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri p.ü.f.d. Mehriban Qafarova tərəfindən Azərbaycan şəraitində badamın (Amygdalis communis L) Nonparel sortu və Anjelina gavalı sortunun (Prunus L) reintroduksiyası, yetişdirilməsi iqtisadi səmərəsi öyrənilib. Alim aparılan tədqiqatların nəticəsini videosujet şəklində əməkdaşların diqqətinə çatdırıb.

Məlumdur ki, gavalı dünyada mühüm çəyirdəkli bitkidir. Müəyyən edilib ki, Anjelina gavalı sortu Azəərbaycan şəraitində şaxtaya, quraqlığa yüksək davamlılığı, xəstəliklərə, zərərvericilərə orta dərəcədə dözümlülüyü ilə xarakterizə olunur. Aparılmış tədqiqatlar Anjelina gavalı sortunun Abşeronun quru-subtropik iqlim şəraitində reintroduksiyasının yüksək perspektivliyini təsdiq edir. Aparılmış tədqiqatlarda həmçinin Anjelina gavalı sortunun Azərbaycan şəritində iqdisadi səmərəliliyi göstərilib.

Keçmiş dövrlərdə Azərbaycanın kənd təsərrüfatı sənayesinin meyvə ağaclarının tinglərinə əsas tələbatı digər ölkələrdən (İtaliya, Türkiyə) idxalın hesabına ödənilirdir.Odur ki, Azərbaycanın meyvə ağacları becərilən zonalarında Anjelina gavalı sortunun tingələrinin idxalının qarşısının alınması, bu məqsədlə bu gavalı sortunun tingələrinin yetişdirilməsi aktual bir məsələ kimi qarşıda durur.

Digər tərəfdən botanika bağlarında, dendrarilərdə əsasən dərman, efiryağlı bitkilər introduksiyası olunmasının çoxillik tarixi var.

Gələcəkdə botanika bağlarının, dendrarilərinin apardıqları elmi tədqiqatların potensialını artırmaq üçün xüsusi ixtisaslaşmış bağlar-kolleksiya genetik meyvə bağı yaradılması məqsəduyğundur.

Müşahidələrə görə dünyanın botanika bağlarında meyvə ağacları hər yerdə yetişdirilir. Lakin dünyanın botanika bağlarında meyvə bağları üçün xüsusi kolleksiyalar ayrılmır.Ona görə bizim əsas məqsədimiz kolleksiya genetik meyvə bağı yaratmaqdır.

Aparılmış tədqiqatlar nəticəsində aşkar oldu ki, badamın normal böyüməsi, inkişafı üçün suvarma, gübrələrin verilməsi, ağacların budanması əsas aqrotexniki tədbirlərdir. Müyyən edildi ki, Azərbaycan şəraitində badam şaxtaya, quraqlığa yüksəkdavamlılığı işığa, istiliyə yüksək tələbkarlığı ilə xarakterizə olunur. Aparılmış tədqiqatlar Abşeronun quru subtropik iqlim şəraitində badamın renitroduksiyasının yüksək perspektivliliyini bir daha aşkar etdi. Adi badam (Amygdalis communis L) yabanı halda Cənubi Qafqazda, Orta Asiyada, Əfqanıstanda, İranda, Kiçik Asiyada yayılmışdır. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasını sübut edir. Badam qiymətli subtropik qərzəkli meyvə bitkisidir. Badam Gülçiçəklilər fəsiləsinə (Rosaceae L) Gavalı yarımfəsiləsinə (Prunus L) Amyadalis L cinsinə daxildir. Badamın Vətənini Kiçik Asiya,Türkiyə, İran hesab etmək olar. Badam üçün ən yaxşı calaqaltı daş badamdır. Tinglik salmaq üçün ərazi payızda 30-40 sm dərinliyində şumlanır, üzvi və mineral gübrələr (fosfor, azot, kalium gübrələri) verilir. Toxumlar arasında 30-40 sm, cərgələr arasında 80-100 sm məsafə saxlanılır. Toxumlar 2 ay qabaq nəm qumda stratifikasiya olunaraq 6-8 sm dərinliyə əkilir. Vegetasiya müddətində əkin sahəsində bir sıra aqrotexniki qulluq qaydaları, yəni suvarma, torpağın yumşaldılması, alaq otlarının vurulması kimi tədbirlər görülür. Calaq vuramaq üçün iyulun axırı avqustun əvvllərində calaq ediləcək toxmacarların gövdəsi 25-30 sm hündürlükdə yarpaq və budaqdan təmizlənir. Toxmacarların kök boğazından 10-15sm yuxarı “Ͳ” şəkilli kəsik açılır və həmin kəsik yerinin qabığı oduncaqdan azacıq aralanır. Sonra calaq üçün istifadə edilən çiliyin orta hissəsindən yarpaqla birlikdə qoltuq tumurcuqu kəsilir. Yarpaq ayası kəsilir, yarpaq saplağı saxlanılır. Yarpaq saplağından tutaraq tumurcuq “Ͳ” şəkilli yarıqda yerləşdirilir və üstdən polietilen lentlə sarınır. Calaq ediləndən 10-15 gün sonra saxladığımız yarpaq saplağı düşürsə bu calaqın tutduğunu göstərir. Əgər yarpaq saplağı qonurlaşırsa, iynə formasını alıb quruyursa calağın tutmamasını göstərir. Aparılmış tədqiqatlar Nonparel badam sortunun Abşeronun quru subtropik iqlim şəraitində reintroduksiyasının yüksək perspektivliliyini təsdiq edir. Nonparel badam sortu öz-özünü tozlanmır, ona görə badam bağında əsas sortla yanaşı tozlayıcı sort da əkilməlidir. Nonparel badam sortunun tozlayıcıları Nikitskiy-62, Prinsessa v.s badam sortlarıdır. Badam bağında kompleks aqrotexniki tədbirlər həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: