Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu”nun II cildi işıq üzü görüb
06.02.2024 18:05
  • A-
  • A
  • A+

“Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu”nun II cildi işıq üzü görüb

Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu” kitabının II cildi işıq üzü görüb.

İnstitutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifovun tərtib etdiyi bu kitaba AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunan Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin kitabxanasına aid olan əlyazmaların geniş elmi təsviri toplanıb. Kataloqa biblioqrafik ixtisarlar, müəllif adlarının, əsər və kitab adlarının həm latın qarfikalı Azərbaycan, həm də ərəb əlifbası ilə yazılmış göstəriciləri, o cümlədən təsvir olunmuş əlyazmaların şifrə göstəricisi əlavə olunub.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, kompüter icraçısı isə institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin tərcüməçisi Nuranə Çələbiyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: