“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373 (Cild I) ilə təsdiq edilmiş “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci abzasına “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra ”Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556 (Cild I) ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən norma-ları”nın 15-ci hissəsinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və” sözləri əlavə edilsin və həmin hissədən “və Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360 (Cild I) ilə təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 8-ci hissəsinin ikinci cümləsinə “xüsusi hallarda” sözlərindən sonra ”Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin,” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 564 (Cild I) ilə təsdiq edilmiş “Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi Limitləri”nin III bölməsinin 6-cı hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 572 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. I bölmənin 3-cü hissəsində və V bölmənin 1-ci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respub-likasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;
5.2. I bölmənin 4-cü hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 141 (Cild I) ilə təsdiq edilmiş “Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatı”nın 3-cü hissəsinin altıncı abzasında “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
7. “Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvanların mühafizəsi və istifadəsi Qaydaları” və “Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 100 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
7.1. həmin Qərarla təsdiq edilmiş “Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvanların mühafizəsi və istifadəsi Qaydaları” üzrə:
7.1.1. I bölmənin 2-ci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;
7.1.2. III bölmənin 5-ci hissəsinə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və” sözləri əlavə edilsin;
7.2. həmin Qərarla təsdiq edilmiş “Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydaları” üzrə:
7.2.1. 1.4-cü bəndə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri əlavə edilsin;
7.2.2. 2.2-ci bəndin “ç)” abzasında “Kənd Təsərrüfatı Nazirliyinin və Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;
7.2.3. 2.9-cu bəndə “Milli Elmlər Akademiyasının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan” sözləri əlavə edilsin və həmin bənddə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I) ilə təsdiq edilmiş “Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. II bölmənin 18-ci abzasında “Milli Elmlər Akademiyasının” sözləri “Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;
8.2. 3.1-ci və 3.6-cı bəndlərdə “Milli Elmlər Akademiyasının” sözləri “Elm və Təhsil Nazirliyinin aidiyyəti elmi müəssisəsinin və təşkilatlarının” sözləri ilə əvəz edilsin.
9. “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1066 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 2-ci hissədə “Milli Elmlər Akademiyasına” sözləri “Elm və Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin;
9.2. həmin Qərarla təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 2.1-ci bəndi-nin altıncı abzasında “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nın “1D; 1E” bölməsinin 3-cü sütununda “Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyul tarixli 169 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 637) ilə təsdiq edilmiş “Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qayda-ları”nın 5-ci hissəsinin ikinci cümləsinə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və” sözləri əlavə edilsin və həmin cümlədə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 915 (Cild I) ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin 13.3-cü bəndinə “İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 669 (Cild I) ilə təsdiq edilmiş “Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublika-sının ərazisinə gətirilməsi Qaydası”nın 5-ci hissəsində “Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 768 (Cild I) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.1-ci bəndində və 2.4-cü bəndinin birinci abzasında “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
15. “Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2013-cü il 8 oktyabr tarixli 293 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1212) 2-ci hissəsindən “, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun” sözləri çıxarılsın.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 974 (Cild I) ilə təsdiq edilmiş “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurs-larının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası”nın 3.3-cü bəndinə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini,” sözlərindən sonra “Azərbaycan Respubli-kasının Elm və Təhsil Nazirliyini və” sözləri əlavə edilsin və həmin bənddən “, Azərbaycan Milli Elmlər Akademiyasını” sözləri çıxarılsın.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 975 (Cild I) ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nın 2.3-cü bəndində “Azərbaycan Milli Elmlər Akademiyasını” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini” sözləri ilə əvəz edilsin.
18. “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 oktyabr tarixli 375 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1264) aşağıdakı dəyişikliklər edilsin:
18.1. adında və 1-ci hissədə “Azərbaycan Milli Elmlər Akademiyasında elmi” sözləri “Elmi” sözü ilə, “AMEA-nın” sözləri isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin;
18.2. preambulada və 2-ci hissədə ismin müvafiq hallarında “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;
18.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” üzrə:
18.3.1. adında “Azərbaycan Milli Elmlər Akademiyasında elmi” sözləri “Elmi” sözü ilə, “AMEA-nın” sözləri isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin;
18.3.2. 1.1-ci bənddə “Azərbaycan Milli Elmlər Akademiyasında elmi” sözləri “Elmi” sözü ilə, “AMEA-nın İqtisadiyyat İnstitutunda” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda (bundan sonra – İnstitut)” sözləri ilə, “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun (bundan sonra – İnstitut) və” sözləri isə “İnstitutun, habelə” sözləri ilə əvəz edilsin;
18.3.3. 3.1-ci bənddə “AMEA” akronimi “Azərbaycan Respub-likasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;
18.3.4. 3.2-ci bənddə “AMEA-nın Rəyasət Heyəti” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdır-maqla İnstitut” sözləri ilə əvəz edilsin;
18.3.5. 3.4-cü bənddə “AMEA” akronimi “dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin;
18.3.6. 3.6-cı bənddə “AMEA-nın Rəyasət Heyətinə” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin;
18.3.7. 4.6-cı bənddə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq öz əməkdaşlarından, AMEA-nın digər elmi müəssisələrinin” sözləri “öz əməkdaşlarından, digər elmi müəssisələrin” sözləri ilə əvəz edilsin;
18.3.8. 4.7-ci bənddə “AMEA-nın Rəyasət Heyətinə” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 103 (Cild I) ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:
19.1. aşağıdakı məzmunda 3.9.2-1-ci yarımbənd əlavə edilsin:
“3.9.2-1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirli-yindən – 2 nəfər;”;
19.2. 3.9.5-ci yarımbənd ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 fevral 2024-cü il
№ 76