Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2024 17:00
  • A-
  • A
  • A+

MEK-də akademik Həmid Araslının əsərləri sərgilənir

MEK-də akademik Həmid Araslının əsərləri sərgilənir

Fevralın 23-ü ədəbiyyatşünaslığımızın böyük ustadı, XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri, Əməkdar elm xadimi, akademik Həmid Araslının doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.

Sərgidə alimin çoxsaylı araşdırmaları, elmi məqalələri, əsərləri yer alıb. Onların sırasında “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri”, “İmadəddin Nəsimi”, “Xaqani Şirvani”, “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi”, “Aşıq yaradıcılığı” əsəri, “Müxtəsər Azərbaycan ədəbiyyatı”, “Azərbaycan mətnşünaslığı məsələləri”, “Azərbaycan ədəbiyyatı Şərq mənbələrində” biblioqrafiyası və digərləri yer alıb.

Burada, həmçinin M.Füzulinin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu olan rus və Azərbaycan dillərində “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası, 1960-cı ildə nəşr olunan “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri” üç cildliyi də var.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: