Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2024 20:49
  • A-
  • A
  • A+

TÜBİTAK başqanı professor Hasan Mandal “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” seçilib

TÜBİTAK başqanı professor Hasan Mandal “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” seçilib

 

Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” seçilib.

Bu barədə qərarı fevralın 28-də “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş AMEA-nın yeni Nizamnaməsində AMEA-nın Rəyasət Heyətinə Azərbaycan elmi qarşısında xidmətləri olan və elmi-ədəbi əlaqələrdə fəal iştirak edən xarici ölkə alimlərinə, həmçinin ictimai xadimlərə və ya mədəniyyət xadimlərinə “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” diplomlarının təqdim olunması səlahiyyəti verildiyini deyib və yeni Nizamnaməyə əsasən, ilk dəfə olaraq professor Hasan Mandalın bu diploma layiq görüldüyünü söyləyib.

Akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” diplomunu və digər hədiyyələri qonağa təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: