Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
01.03.2024 11:11
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb” başlıqlı icmal və A.A.Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Bügünkü sayda AMEA-nın Rəyasət Heyətinin iclası, “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir və akademik Akif Əlizadənin 90 illik yubileyinə həsr olunan elmi sessiyaya dair xəbərlər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin kursantları ilə görüşü və digər tədbirlərlə bağlı yazılar dərc olunub.

Bu sayda akademik İsa Həbibbəylinin müəllifi olduğu “Mezozoy dərinliyi və müasirlik” adlı məqalə, eləcə də professor Əsədulla Cəfərovun “Dünya şöhrətli tarixçi” başlıqlı məqaləsi və digər əhəmiyyətli məlumatlar təqdim edilib.

Həmçinin qəzetdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın Naxçıvan şəhərində akademik Tariyel Talıbovun 75 illik yubiley tədbirində iştirakı, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyevanın iştirakı ilə “Azərbyacan şərqşünaslıq elminin akademik Həmid araslı mərhələsi” adlı elmi sessiya və Naxçıvan Bölməsinin Rəyasət heyətinin iclasına dair yazılarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində ötən həftə Akademiyanın fəaliyyətini əks etdirən yazılar, müsahibələr, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: