Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.05.2026 16:07
  • A-
  • A
  • A+

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa ümum-Rusiya müsabiqəsinin qalibi olub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa ümum-Rusiya müsabiqəsinin qalibi olub

Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselski 547 nömrəli tam orta məktəbin “Mir na ladoşke” teatrında hazırlanmış eyniadlı tamaşa ümum-Rusiya yaradıcılıq müsabiqəsində I yerə layiq görülüb.

Səhnə əsəri Rusiya Federasiyasında həyata keçirilən “Gənclər və uşaqlar” milli layihəsi çərçivəsində Moskva “Pedaqoji Layihələrin Elmi-Tədris Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilati tərəfindən təşkil olunan “Gənclik. Yaradıcılıq. Bahar” ümum-Rusiya uşaq və gənclərin yaradıcılıq müsabiqəsinə təqdim edilib. Tamaşa peşəkar münsiflər heyəti tərəfindən yüksək bədii tərtibatı və aktyor oyunu ilə seçilərək, 93 balla qiymətləndirilib və müsabiqənin qalibi elan edilərək I dərəcəli diploma layiq görülüb.

Eyni zamanda, teatrın rəhbəri, tamaşanın quruluşçu rejissoru Marina Strelsova, eləcə də “TOPJAM” breykinq studiyasının rəhbəri Maksim Şaxov aktyorların yüksək səviyyədə hazırlanmasına görə xüsusi mükafatlarla təltif olunublar.

Qeyd edək ki, “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun digər təhsil ocağı olan Nevski 707 nömrəli orta məktəbdə səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

AzərTac

  • Paylaş: