Naxçıvan şəhərində elmi-mədəni tədbir çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabının təqdimatı keçirilib.
Tədbir AMEA-nın Naxçıvan Bölməsində keçirilən təqdimatda alimlər, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki, nəşr türkoloji fikrin inkişafında mühüm mərhələ sayılan I Türkoloji Qurultayın tarixi əhəmiyyətini arxiv materialları və dövrün milli mətbuatı əsasında ətraflı şəkildə təqdim edir.
AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, nəşrdə qurultayın tarixi konteksti, arxiv sənədləri və mətbuat materialları ardıcıllıqla təqdim olunub.
Kitabda yer alan sənədlər və araşdırmalar həmin dövrün ictimai-siyasi və elmi mühitini daha dolğun şəkildə anlamağa imkan yaradır.
Tədbir iştirakçıları müəllifin elmi fəaliyyətini yüksək qiymətləndirərək, bu cür nəşrlərin milli-mədəni irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini nəzərə çatdırıblar.
Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və oxucuları kitabla yaxından tanış olmağa dəvət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.