AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında ilk nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycan-Çexiya münasibətləri yeni mərhələdə” başlıqlı icmal yer alır.
Qəzetin ilk səhifələrində AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr edilmiş tədbirlərlə bağlı xəbərlər və “Şəfqətli ömrün kamillik dünyası” sərlövhəli məqalə dərc edilib.
Bundan ələvə, qəzetdə “AMEA-da türkiyəli mütəxəssislərin iştirakı ilə arxeologiya üzrə treninqlərə başlanılıb” başlıqlı yazı və "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq elmi konfrans dair informasiyalar da ilk səhifələrdə yer alır.
“Elm” qəzetinin bu nömrəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri professor Dr. Derya Örsün ünvanladığı məktub, AMEA prezidentinin Rumıniyanın Petre Andrei Universitetinin rəhbərliyi ilə görüşü və “Türkoloji Qurultay-100” mövzusunda elmi konfrans haqqında yazılar təqdim edilib.
Bu sayda oxucular AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Süni intellekt texnologiyaları inşaat arxitekturası ilə rəqəmsal arxitekturanın birgə mövcudluğunu zəruri edir” başlıqlı açıqlaması, həmçinin AMEA əməkdaşları üçün tibbi müayinə aksiyası, Gənc alim və mütəxəssislərin ənənəvi futbol çempionatının açılışı barədə xəbərlər, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanovla müsahibə və digər informasiyalarla tanış ola bilərlər.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.