Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

TÜBİTAK başqanı Hasan Mandal akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb
05.03.2024 13:40
  • A-
  • A
  • A+

TÜBİTAK başqanı Hasan Mandal akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“İlk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı kimi mühüm tədbirdə institutlarımız arasında əlaqələri müzakirə etmək və təqdimatla çıxış etmək üçün səmimi dəvətinizə və Azərbaycanda olduğum müddətdə qonaqpərvərliyinizə görə dərin məmnunluğumu bildirmək istəyirəm.

Eyni zamanda sizə və səfərim zamanı əməyi olan bütün digər dəyərli rəsmilərə səmimi təşəkkürümü bildirirəm.

Ölkələrimiz arasında elmi-texniki əlaqələr “Bir millət, iki dövlət” yanaşması ilə yüksək inkişaf səviyyəsinə çatıb. Bu inkişafın əldə edilməsində Qurumumuzla AMEA arasında sıx əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, qurumlarımız arasında əməkdaşlıq fəaliyyətləri iki müxtəlif ölkənin qurumları arasında həyata keçirilən əməkdaşlıq fəaliyyətlərindən daha üst səviyyədədir.

TÜBİTAK ilə AMEA arasında imzalanmış yeni Əməkdaşlıq Protokolu, TÜBİTAK-AMEA Koordinasiya Mərkəzinin açılışı və səfərim zamanı keçirilən Dəyirmi Masa toplantısı mövcud əlaqələrimizi daha yüksək səviyyələrə qaldıracaq.

Xüsusilə qeyd olunan mərkəzin yaradılması istiqamətində göstərdiyiniz səylər mənim və Qurumumuzun AMEA ilə əlaqələrimizi bir çox aspektlərdə daha da dərinləşdirməyə həvəsləndirdi.

Qurumlarımız arasında davam edən əməkdaşlığın ölkələrimiz arasında qardaşlıq və dostluq hissləri ilə qurulan sıx əlaqələri gücləndirməsinin ən önəmli istəyim olduğunu bildirirəm. Qeyd edim ki, AMEA-nın Rəyasət Heyətinin mənə təqdim etdiyi Fəxri Professor adı bu əməkdaşlığın ən səmərəli şəkildə genişləndirilməsi niyyəti ilə məndə həm məsuliyyət, həm də şərəf hissi doğurur.

Bu münasibətlə Sizə və Azərbaycan Milli Elmlər Akademiyasına dərin ehtiramımı bildirir, həyata keçirdiyiniz işlərdə uğurlar arzulayıram.

Prof., Dr. Hasan Mandal”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: