Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2024 11:23
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Tələbələrin təcrübə müddəti 4 iyul 2024-cü ilə qədər davam edəcək.

Təcrübə prosesində 4 qrup şəklində bölünən 57 tələbəyə institutun Funksiоnаl smart роlimеrlər, Xüsusi təyinatlı oliqomerlər və роlimеrlər, İşığа həssаs və optiki şəffaf роlimеr materiallar, Nanopolimer kompozitlər, Yüksək şaxələnmiş polimerlər, Aqrokimya təyinatlı роlimеr materiallar laboratoriyaları, Polimer materiallarının fiziki-mexaniki tədqiqatları və Fiziki-kimyəvi analiz şöbələrində istifadə olunan cihazların iş prinsipləri və təyinatları haqqında məlumatlar verilir, tərcübələr nümayiş etdirilir. Onlara təhsil müddətində əldə etdikləri nəzəri bilikləri institutda yerinə yetirilən elmi tədqiqatlarla əlaqələndirmək və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərinin formalaşdırılması üçün şərait yaradılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: