Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2024 12:13
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı beynəlxalq konfransda I yeri tutub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı beynəlxalq konfransda I yeri tutub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup gənc əməkdaşı Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması ilə bağlı “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak ediblər. 20 may 2024-cü ildə isə Bakı Ali Neft Məktəbində (BANM) həmin konfransın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov bildirib ki, konfransa 55 müəssisədən 517 tezis (onlardan 58-i xarici ölkələrdən) təqdim edilib. Təşkilat komitəsi üzvlərinin səs verməsi nəticəsində qaliblər müəyyən olunub.

“Dayanıqlı Kimya və Kimya mühəndistliyinə doğru” keçirilmiş konfransda “Ekoloji problemlərin innovativ həlləri” bölməsi üzrə institutun texnika üzrə fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Emin Əliyev “Abşeron yarımadasının neft şlamlarının utilizasiyası və emalı üsullarının müqayisəli təhlili” tezisinə görə 1 ci yerə, elmi işçi Arzu Osmanova “Vanadiumun CaO məhlulu ilə vanadiumlu konsentratdan ayrılmasının tədqiqi” tezisinə görə 3-cü yerə layiq görülüb. Həmin konfransın “Dayanıqlı gələcək üçün qabaqcıl materiallar” bölməsi üzrə isə 2-ci yerə institutun elmi işçisi Nigar Şixverdiyeva “Biocomposite material based on chitosan and citric acid” və “Xitozan/poliakril turşusu əsasında nanoquruluşlu nikel katalizatorlarının alınması” tezislərinə görə layiq görülüb.

Mərasimin sonunda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: