Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı təsdiqlənib
11.03.2024 10:29
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı təsdiqlənib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Elmi şurasının iclasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlər planı hazırlanması ilə bağlı qərar qəbul edilib.

Tədbirlər planı Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək ali təhsil müəssisələri qarşısında qoyulan mühüm vəzifələrə əsasən hazırlanıb.

Tədbirlər planı çərçivəsində Dendrologiya İnstitutunda bir sıra elmi seminarların, müsabiqə və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planında “Qlobal iqlim dəyişkənliklərin ekoloji mühitə təsiri” haqqında beynəlxaq konfrans, Şuşada keçirilməsi nəzərdə tutulan “Qarabağın ekosistemləri, antropogen amillərin və iqlim dəyişiklikləri təsirinin aradan qaldırılması” adlı  beynəlxalq konfrans və “Yaşıl Həyat” mövzusunda ümumrespublika bilik müsabiqəsinin keçirilməsi planlaşdırılır.

Dendrologiya İnstitutunun fəaliyyət istiqaməti qlobal iqlim dəyişkənliklərinin beynəlxalq səviyyədə ekoloji mühitə, Qarabağın biomüxtəlifliyi və iqlim dəyişkənliyinə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

İqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması və bu istiqamətdə aparılan elmi tədqiqat işlərinin meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə tədqiqatların aparılması əsas məqsəddir.

İşğaldan azad olunmuş ərazilərin bitki örtüyü, Simpozium biomüxtəlifliyin qorunması, biomüxtəliflik və qida təhlükəsizliyi, biocoğrafiya və biomüxtəliflik, bioremedasiya, biomüxtəliflikdə biotexnoloji tətbiq, orqanizmlərin genetik modifikasiyası və biomüxtəlifliyi, meşə ekosistemi və biomüxtəlifliyi, genetik resurslar və biomüxtəliflik, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik kimi elmi istiqamətləri əhatə edir.

 Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bitorpaq ehtiyatlarından düzgün istifadə etmək və bitki örtüyünün əhəmiyyətli resurs kimi gələcək nəsillərə qorunub saxlanılması məqsədilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: