Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.03.2024 14:02
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Biofizika İnstitutunun ştatında olan vakant yerləri tutmaq üçün müsabiqənin qalibləri gizli səsvermənin sonunda açıqlanıb.

İnteqrativ biologiya laboratoriyası üzrə laboratoriya müdiri vəzifəsinə AMEA-nın müxbir üzvü İlham Əyyub oğlu Şahmuradov, kiçik elmi işçi vəzifəsinə Aysel Çingiz qızı Əliyeva, Molekulyar və hüceyrə biokimyası laboratoriyası üzrə, kiçik elmi işçi vəzifəsinə Günay İmran qızı Əliyeva təyin edilib.

Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 28 fevral 2024-cü il tarixli məktubu müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub.

Daha sonra Biofizika İnstitutunun nəzdindəki laboratoriyaların 2024-cü il üçün iş proqramlarının və elmi işçilərin fərdi iş planları dəqiqləşdirilib, yekun variantda təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: