Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.03.2024 14:50
  • A-
  • A
  • A+

Bir sıra elmi müəssisələrin baş direktorları ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunublar

Bir sıra elmi müəssisələrin baş direktorları ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunublar

AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva, Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova və Dendrologiya İnstitutunun baş direktoru v.i.e. biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubiley medalı ilə təltif olunublar.

Təqdimat mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. Medalı ADPU-nun rektoru professor Cəfər Cəfərov təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: