Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

18.03.2024 11:20
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli BMT nümayəndələri ilə görüşüb

Akademik İsa Həbibbəyli BMT nümayəndələri ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) nümayəndələri ilə görüşüb.

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının baş direktor müavini və icraçı direktoru, baş direktorun Afrika üzrə xüsusi nümayəndəsi Fatou Haidara və təşkilatın Avropa və Mərkəzi Asiya regional bürosunun qlobal tərəfdaşlıq və xarici əlaqələr üzrə rəhbəri Solomiya Omelianın iştirak etdikləri görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri barədə ətraflı söhbət aparılıb.

Sonra qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar. AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov qonaqlara binanın tarixi, memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verib.

BMT nümayəndələri, həmçinin AMEA-nın elmi istiqamətləri barədə məlumat alıblar.

BMT nümayəndələri Azərbaycana səfərdən, o cümlədən Akademiyada keçirilən görüşdən məmnun qaldıqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: