Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
27.03.2024 15:48
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Ukrainian Journal of Information Systems and Data Science” jurnalının redaksiya heyətinin üzvü seçilib.

Sözügedən jurnal ildə iki dəfə ingilis və Ukrayna dillərində nəşr olunur. Jurnalda alqoritmlər və məlumat strukturları, informasiya resursları, qərar qəbul etmə modelləri, meta-evristik optimallaşdırma, şəbəkə sistemlərinin modelləşdirilməsi və optimallaşdırılması, mürəkkəb sistemlərin təhlükəsizliyi və etibarlılığı, insan-kompüter qarşılıqlı əlaqəsi, əşyaların interneti sistemləri, maşın öyrənməsi, bilik mühəndisliyi, eləcə də təbii dilin emalı texnologiyaları istiqamətlərini əhatə edən məqalələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: