Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib
28.03.2024 15:10
  • A-
  • A
  • A+

MEK əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Cavid Məmmədli Türkiyənin Gaziantep şəhərində keçirilən “11-ci Beynəlxalq ZEUGMA Elmi Araşdırmalar Konfransı”nda iştirak edib.

Konfransda “Angela Merkelin kanslerliyi dövründə Almaniya Federativ Respublikasının xarici siyasətində Avro-Atlantika Təhlükəsizlik İstiqaməti (2005-2015)” mövzusunda məruzəsi dinlənilib.

Sonda iştirakçılara, o cümlədən MEK əməkdaşına sertifikat təqdim olunub.

Qeyd edək ki, beynəlxalq konfrans İstanbul Arel, Namik Kamal və Cümhuriyyət Universitetlərinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Pakistan, Hindistan, İtaliya, Macarıstan, Portuqaliya, Çin, Ukrayna, Fransa və digər ölkələrdən tədqiqatçılar qatılaraq müxtəlif elm sahələri üzrə araşdırmalarını təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: