Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Naxçıvan Bölməsi 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir
15.04.2024 16:40
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Müəssisə rəhbərinin adına ərizə;

- Kadrların şəxsi-qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- İş yerindən xasiyyətnamə;

- Çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış 

   Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti.

- Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədlər 16 aprel- 15 may 2024-cü il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək AMEA Naxçıvan Bölməsinin əsas binasında, Elm və təhsil şöbəsində qəbul edilir.

Qeyd: Doktoranturaya sənəd qəbulu eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada aparılacaq. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Elektron qaydada sənəd qəbulu  16 aprel- 15 may 2024-cü il tarixlərində həyata keçiriləcək. Portal ilə bağlı əlavə məlumat almaq üçün AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinə müraciət etmək olar:

Ünvan: Heydər Əliyev pr. 76

Əlaqə telefonu: 545-34-96

E-mail: gulvira_abbasova@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: