Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Fizika İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
15.04.2024 16:45
  • A-
  • A
  • A+

Fizika İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Fizika İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və  təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 16 aprel - 15 may 2024-cü il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək  Fizika İnstitutunda qəbul ediləcək.

Sənəd qəbulunun elektron qaydada həyata keçirmək üçün  sənədlər Elm və Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsinə (atıs.support@tsii.edu.az) təqdim olunmalıdır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanını verməlidirlər. Xarici dil imtahanını verənlər Fəlsəfə fənnindən imtahana buraxılırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya magistratura bitirən və azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olanlar sənəd verə bilər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanını verməlidir.

Elmlər və Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə  təqdim olunmalıdır:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

Əlaqə nömrələri: (+994 12) 539 7423

E-mail: zarifams@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: