Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.04.2024 10:02
  • A-
  • A
  • A+

Kaspi Beynəlxalq Məktəbinin şagirdləri Geologiya və Geofizika İnstitutunda olublar

Kaspi Beynəlxalq Məktəbinin şagirdləri Geologiya və Geofizika İnstitutunda olublar

Bakı Kaspi Beynəlxalq Məktəbinin 4-cü sinif şagirdlərindən ibarət üç qrup beş müəllimin müşayiətilə  Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda ekskursiyada olub.

Şagirdlər  ikigünlük ekskursiya müddətində təbii fəlakətlər və Yerin relyefində baş verən dəyişikliklər, həmçinin su ehtiyatları ilə bağlı təqdimatda iştirak ediblər. İnstitutun Seysmologiya və seysmik təhlükələr şöbəsinin müdiri y.e.ü.e.d., dosent Qulam Babayev, Zəlzələ dinamikasının nəzəriyyəsi şöbəsinin müdiri c.e.d. Vaqif Məmmədov isə “Azərbaycanın su ehtiyatları və onların ekoloji mənbələri” mövzularında məktəblilər qarşısında təqdimatla çıxış edib. Sonra Kaspi Beynəlxalq Məktəbinin şagirdlərini maraqlandıran suallar cavablandırılıb.

Ekskursiya proqramına uyğun olaraq institutun məktəbli qonaqları, həmçinin Geoloji-mineraloji muzeyi ziyarət ediblər. Muzeyin rəhbəri Əbülfət İmanov minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib, şagirdlərlə dialoq qurub.

Tədbirin sonunda məktəblilər və onları müşayiət edən müəllimlər ikigünlük maraqlı ekskursiyaya görə Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə və təşkilatçılara  minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: