Aprelin 29-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına baxış keçirib.
Tədbir ölkə başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.
Mərasimdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, eləcə də AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.
Akademik İsa Həbibbəyli Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun əkilmiş ağaclara mütəmadi aqrotexniki qulluğun göstərilməsi ilə bağlı öz tapşırıqlarını verib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində salınmış Nadir ağaclar parkının yaradılmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.