Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Milli Aviasiya Akademiyasının Fizika-texnologiya fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar.
“Mühəndis fizikası” ixtisası üzrə təhsil alan IV kurs tələbələri fizika üzrə fəlsəfə doktoru Elşən Əsədovun rəhbərliyi ilə 1 ay müddətində Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyasında təcrübə keçəcək, burada aparılan tədqiqatlarla tanış olacaq, buraxılış işinin mövzusuna uyğun araşdırmalar aparacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.