Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk
06.05.2024 10:45
  • A-
  • A
  • A+

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Türk dövlətləri arasında əlaqələrin intensivləşməsi, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi ortaq əlifbanın yaradılması məsələsini önə çəkir.

Bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk dünyasının ortaq əlifbası üzrə komissiyasının mayın 6-da Bakıda keçirilən ikinci iclasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim ailəmiz Türk dünyasıdır.

“2023-cü ildə Astanada keçirilən birinci iclasımızda bəzi məsələləri müzakirə etdik. Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk”, - deyə Ş.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, ortaq əlifbanın yaradılması işində diqqətçəkən məsələlərdən biri də terminologiya ilə bağlıdır. Bunun üçün komissiya tərkibində terminologiya üzrə qrup yaradılıb.

“Beynəlxalq Türk Akademiyası olaraq, ortaq əlifbanın yaradılması məsələsini yaxından dəstəkləyirik və bu işdə səylərimizi əsirgəmirik”, - deyə Şahin Mustafayev diqqətə çatdırıb.

AzərTac

  • Paylaş: