Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Pakistanlı alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub
10.05.2024 16:17
  • A-
  • A
  • A+

Pakistanlı alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub

Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Mühəmməd Navaz Tahir Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub.

O institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və Metal klatrat birləşmələri laboratoriyasının müdiri M.Münşiyeva ilə görüşərək elmi müzakirələr aparıb. Görüşdə kompleks birləşmələr əsasında yeni klatratların sintezi və tədqiqi sahəsində birgə elmi-tədqiqat işlərinin nəticələri və gələcək elmi əməkdaşlıq məsələləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: