Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.05.2024 10:08
  • A-
  • A
  • A+

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik - COP29-a doğru” mövzusunda tədbir keçirilib

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik - COP29-a doğru” mövzusunda tədbir keçirilib

Göygöl rayon icra hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Gənclər evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik- COP29-a doğru” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Qocayev qeyd edib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının Azərbaycanda keçirilməsi əlamətdar hadisələrdir. O, rayonda ətraf mühitin qorunması sahəsində görülən işlərdən bəhs etdi. Tədbirdə Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İ.Mustafayevin ölkəmizdə ekoloji vəziyyət və “COP29-a aparan yol” haqqında, dosent F.Hümbətovun “İşğaldan azad olunmuş ərazilərdə radioekoloji vəziyyət”, b.ü.f.d. Nərmin Quliyevanın “Göygöl ekosistemi və Göygöl Milli Parkı”, mühəndis N.Heydərovun “Mobil ekoloji monitorinq aparatları” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: