Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.04.2025 14:30
  • A-
  • A
  • A+

Geoloq alimlər püskürmə qeydə alınan Lökbatan palçıq vulkanında tədqiqat aparırlar

Geoloq alimlər püskürmə qeydə alınan Lökbatan palçıq vulkanında tədqiqat aparırlar

Aprel ayının 9-unda dünyanın ən çox püskürən palçıq vulkanı Lökbatanın yenidən aktivləşməsi qeydə alınıb. Vulkanın budəfəki 29-cu püskürməsi sonuncu püskürməsindən (17 sentyabr 2024-cü ildə baş verən) xeyli zəif olub.

Püskürmələr vulkanın aktiv şərq və qərb eruptiv mərkəzlərində baş verib. Alovla müşayiət olunmayan və ümumilikdə bir neçə dəqiqə davam edən püskürmə nəticəsində yer səthinə çıxarılmış palçığın orta qalınlığı 20 sm ətrafındadır.  

Hazırda AR ETN Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları – baş elmi işçisi yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov və mühəndis Elmar Səmədov püskürmənin daha təfsilatlı qiymətləndirilməsi ilə bağlı həmin vulkanda araşdırmalar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: