Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev
13.05.2024 11:10
  • A-
  • A
  • A+

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev

May ayının 10-u bütün Türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

Ulu Öndər hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda dinamik iqtisadi inkişafını, sosial rifah halının yüksəldilməsini, ölkəmizin gələcək müstəqilliyi üçün potensialın yaradılmasını təmin edib. Azərbaycan xalqının çağırışı ilə 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdan Ümmmilli Lider Heydər Əliyev Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edərək, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısının alınmasına nail olub.

Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı, uğurlu sosial inkişaf strategiyası ölkədə sosial müdafiə tədbirlərinin güclənməsinə, 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artmasına imkan yaradıb. Məhz həmin dövrdə Azərbaycanda Əmək Məcəlləsi, məşğulluq sahəsində milli qanunvericilik aktları qəbul edilib, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillərlə təminatı, həssas əhali qruplarının sosial dəstəklə əhatə olunması üçün mühüm proqramlara başlanıb.

Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Nəticədə, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyən, vətəndaş rifahının təminatı istiqamətində mühüm addımlar atan, dünya birliyində nüfuzlu mövqeyə malik olan bir ölkədir.

Azərbaycan Respublkkasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi isə tariximizin ən şanlı səhifəsidir.

Bu gün Azərbaycan, həmçinin sosial dövlət olaraq güclü sosial siyasətə malikdir. Azərbaycanda əhalinin sosial müdafiəsi və aktiv məşğulluq proqramları ildən-ilə genişlənir. Şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı genişləndirilib.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət, xalqımızın Ümummilli lideri əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: