Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.05.2024 10:05
  • A-
  • A
  • A+

Azərbaycan dilinin normalarına riayət etmək məsələləri müzakirə olunub

Azərbaycan dilinin normalarına riayət etmək məsələləri müzakirə olunub

“Xalq qəzeti”nin redaksiyasında qəzetin dilinin monitorinq nəticələri ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin əməkdaşları - şöbənin müdiri fil.ü.f.d. Vəfa Abdullayeva-Nəbiyeva, aparıcı elmi işçi fil.ü.f.d. Sevinc Məmmədova, böyük elmi işçi fil.ü.f.d. Gülnara Cəfərova və operator Nərmin Göyüşova ilə görüş keçirilib.

Görüşdə Azərbaycan dilinin saflığı və təmizliyini qorumaq məqsədilə dil normalarına riayət etmək məsələləri müzakirə olunub, təkliflər irəli sürülüb. Aparılan monitorinqin nəticəsi olaraq hər say üzrə fonetik (orfoqrafik və durğu işarələri), leksik, qrammatik norma pozuntusu halları ayrılıqda qeyd olunub, ümumi statistik göstəricilər təqdim olunub.

AzərTac

  • Paylaş: