Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.05.2024 13:16
  • A-
  • A
  • A+

Fizika İnstitutu ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb

Fizika İnstitutu ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru riyaziyyat üzrə elmlər doktoru, professor Nigar Aslanova, fizika və kimya kafedrasının müdiri fizika elmləri doktoru, professor Adil Abbasov qonaq olublar.

Görüşün məqsədi Fizika İnstitutu ilə AzMİU arasında Anlaşma memorandumunun imzalanması olub.

İlk olaraq institutun baş direktoru akademik Arif Həşimov qonaqlara institutda aparılan  tədqiqatlar, elmi müəsissənin beynəlxalq əlaqələri, burada mövcud olan maddi texniki baza  və s. haqqında məlumat verib.

Nigar Aslanova bildirib ki, Fizika İnstitutu ilə AzMİU arasında hər zaman əməkdaşlıq mövcud olub. O qeyd edib ki, elmi tədqiqatların aparılmasında təqdqiqat institutlarının imkanları və təcrübəsi daha böyükdür. Elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi işlərin sayı azdır. Bu məqsədlə təhsil sistemi ilə elmi-tədqiqat institutlarıının əlaqələri genişləndirilməsi olduqca önəmlidir. N.Aslanova AzMİU-nun bir sıra institutlarla əlaqələrinin mövcud olduğunu qeyd edib. Bildirib ki, əlaqələrin genişlənməsi nəticəsində elm və təhsilin inteqrasiyası mümkün olur, kadrlar mübadiləsi aparılması daha effektiv reallaşır.

Sonda Fizika İnstitutu ilə AzMİU arasında Anlaşma memorandumu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: