Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.05.2024 14:02
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən şəxslərlə görüş keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən şəxslərlə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən şəxslərlə görüş keçirilib.

İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev sözügedən müəssisənin doktorant və disssertant hazırlığı üzrə təyin edilmiş qəbul planı haqqında və fəlsəfə doktoru hazırlığı üzrə sənəd verən şəxslər barədə danışıb. O bildirib ki, 2024-cü ilin qəbul planına əsasən fəlsəfə doktoru hazırlığından doktoranturaya 3 ixtisas üzrə 5 yer verilmişdir. Onlardan “Qeyri-üzvi kimya”-2 yer, “Kimyəvi kinetika və kataliz” - 2 yer və “Fiziki-kimya”-1 yer. Lakin 5 yerə 21 nəfər sənədlərini təqdim edərək qeydiyyatdan keçmişlər. Dissertantura yolu ilə təyin edilmiş 2 ixtisas üzrə 2 yerə 5 nəfər sənədlərini təqdim edib. Komissiya üzvləri fəlsəfə doktoru hazırlığı üzrə sənəd verən iddiaçılarla və onların təqdim etdikləri sənədlərlə tanış  olub onların seçilmiş ixtisaslara uyğunluğunu müəyyən ediblər.

Sonda, iddiaçılara qəbul imtahanlarında uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: