Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2024 10:36
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı “Wikimedia Hackathon - 2024”də Azərbaycanı təmsil edib

Coğrafiya İnstitutunun əməkdaşı “Wikimedia Hackathon - 2024”də Azərbaycanı təmsil edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Wikimedia Hackathon-2024” beynəlxalq konfransında azərbaycandilli vikipediyanı  təmsil edib.

Vikimedia Fondunun innovasiya və  texniki layihələrin qurulmasına yönəlmiş texniki ictimaiyyəti birləşdirən “Wikimedia Hackathon - 2024”  illik tədbirin məqsədi vikimedia layihələrinin texniki aspektlərinə töhfə verməkdə təcrübəsi olan şəxsləri bir araya gətirmək və vikimedia layihələrini dəstəkləyən texnoloji infrastrukturu və proqram təminatını təkmilləşdirmək, bilik mübadiləsi aparmaqdır.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən 120 vikipediyaçı bir araya toplaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: