Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2024 10:35
  • A-
  • A
  • A+

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın seksiya iclasları maraqlı müzakirələrlə yadda qalıb

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın seksiya iclasları maraqlı müzakirələrlə yadda qalıb

Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransın AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zallarında reallaşan seksiya iclaslarında maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

1-ci seksiyada edilən məruzələr “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti”, “1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi”, “Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin tələbləri və tövsiyələri”, “Müstəqillik dövründə Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin təbiətə yeni baxışı, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr” mövzularını, 2-ci seksiyada “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi məsələləri”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” və yaşıl enerji siyasəti”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri” mövzularını, 3-cü seksiyada “Azərbaycan mədəniyyəti, folkloru, ədəbiyyatı və fəlsəfi dünyagörüşündə ekoloji ictimai şüur məsələləri və təbiətə münasibət” mövzusunu, 4-cü seksiyada “Ulu Öndər Heydər Əliyev və xüsusi mühafizə olunan təbiət əraziləri: yaradılması, genişləndirilməsi və idarə olunması”, “Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri” mövzularını, 5-ci seksiyada “Ağıllı ətraf mühit, yaşıl artım və yaşıl texnologiyalar məsələləri”, “Müasir dövrdə ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt faktoru” mövzularını, 6-cı seksiyada “Azərbaycanın təbii landşaftları, torpaq və su ehtiyatları”, 7-ci seksiyada “İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri”, 8-ci seksiyada “İctimai ekologiya və sağlamlıq problemləri” mövzularını əhatə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: