Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2024 15:40
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları 247 nömrəli tam orta məktəbdə keçirilmiş konfransda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları 247 nömrəli tam orta məktəbdə keçirilmiş konfransda iştirak ediblər

AR ETN Bakı şəhəri Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının konfransı keçirilib.

“Kiçik akademiya”nın fəaliyyətinin illik hesabatına həsr olunan konfransda AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Coğrafiya İnstitutu və Bakı Dövlət Universitetini təmsil edən qonaqlar iştirak ediblər.

Tədbirdə məktəbin VII-IX sinif şagirdləri fizika, kimya, coğrafiya, ekologiya, humanitar və sosial elmlər sahəsini əhatə edən müxtəlif mövzulara həsr olunmuş məruzələrlə çıxış ediblər. “Kiçik akademiya”nın üzvləri olan VII-IX sinif şagirdlərinin təqdimatında “Günəş ulduz kimi”, “Qlobal istiləşmə, onu yaradan səbəblər və həlli yolları”, “Nüvə silahı və onun fəsadları”, “Radioaktiv maddələr” və s. mövzularda elmi populyar və maarifləndirici məruzələr dinlənilib.

“Kiçik akademiya”larla əməkdaşlıq çərçivəsində konfransda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri k.ü.f.d. Elmir Babayev, sədr müavini k.ü.f.d. Nigar İbrahimova, böyük elmi işçi k.ü.f.d.  Bilqeys İsmayılova da iştirak ediblər.

Tədbirin əsas məqsədi məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq, elm və təhsilin inteqrasiyasına töhfə vermək, istedadlı gəncləri elmə həvəsləndirmək olub.

Konfransı giriş sözü ilə məktəbin direktoru Sitarə Abbasova açaraq qonaqlara “Kiçik akademiya”nın fəaliyyəti barədə məlumat verib, tədbirin elm və təhsilin inteqrasiyası istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev çıxış edərək şagirdlərin günümüzün qlobal problemlərinə həsr olunmuş məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun hesab edib. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Kiçik akademiya”larla əməkdaşlıq çərçivəsində məktəbdə təhsil alan şagirdlərlə intensiv işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Şuranın fəaliyyəti nəticəsində elmi-tədqiqat müəssisələrində “Açıq qapı” günlərinin təşkili, məktəblilərin müxtəlif institutlarda elmi rəhbərlərlə əlaqələrinin qurulması, onların fəaliyyətinin təşkili, tədqiqatlara cəlb olunması kimi işlərdə dəstək verildiyini bildirib. Eyni zamanda sabahın alimlərinin hazırlanmasında elmi rəhbər kimi gənc alimlərin dəstəyini vurğulayıb.

E.Babayev çıxışının sonunda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunu ziyarət etmiş və həmçinin konfransda məruzə ilə çıxış edən VII sinif şagirdlərinə institut rəhbərliyi adından həvəsləndirici sertifikatlar təqdim edib.

Sonda konfransda təqdimat edən məruzəçilər arasından münsiflər heyətinin ümumi qərarı ilə I, II və III yerlər müəyyən edilərək şagirdlər mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: