Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2024 15:48
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim beynəlxalq seminarda iştirak edib

Coğrafiyaçı alim beynəlxalq seminarda iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzində (MDBMİ BMMTM) “Dayanıqlı inkişaf üçün məkan təhlili” mövzusunda keçirilən beynəlxalq elmi seminarda iştirak edib.

Seminardan əvvəl Z.İmrani MDBMİ-nin elmi işlər üzrə prorektoru Andrey Baikovla  görüşüb. A.Baikov MDBMİ BMMTM ilə Cİ arasında əməkdaşlığın gələcəkdə də məhsuldar inkişaf edəcəyinə əminliyini ifadə edib. MDBMİ BMMTM-nin direktoru İqor Okunev tədbir iştirakçılarını institutun fəaliyyət istiqaməti, yeni nəşrlər barədə məlumat verib, gələcəkdə görülə biləcək işlərdən danışıb.

Z.İmrani hibrit formada keçirilən seminarda məruzə ilə çıxış edərək məkan məlumatlarının tarixi dövrlər ərzində dəyişməsi və müasir şəraitdə onların köməkliyi ilə ərazinin güclü və zəif tərəflərinin öyrənilməsi, eləcə də müxtəlif dayanıqlı inkişaf modellərinin hazırlana bilməsi barədə məlumat verib. Dayanıqlı inkişafın əsas elementləri olan iqtisadi, sosial və ekoloji aspektlər nəzərə alınmaqla müxtəlif dayanıqlı inkişaf konsepsiyaları seminar iştirakçılarına təqdim edilib. Zaur İmrani müxtəlif amilləri birləşdirən və daha etibarlı elmə əsaslanan özünün dayanıqlı inkişaf modelini təqdim edib və bu sahədə dövlət siyasətinin inkişaf etdirilməsi üçün vacib komponentləri qeyd edib. İştirakçılar Azərbaycanın timsalında dayanıqlı inkişaf siyasətinin həyata keçirilməsinin xüsusiyyətləri barədə müzakirələr aparıblar.

Tədbirin sonunda davamlı inkişafa yanaşmaların təkmilləşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: