AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Etika və Sosial psixologiya şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilib.
İnstitutun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxışında milli ideya mövzusu ilə bağlı öz fikirlərini bölüşüb.
Professor bildirib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində milli ideyanın həm fəlsəfi, həm ideoloji aspektləri təhlil olunub. Milli ideyanın strukturu, anlamları etik-psixoloji kontekstdə təhlil olunmalıdır. Etikanın hansı dəyərlərə bağlı olduğu, sosial psixoloqlar isə konkret cavablarla bu münasibətlərin ayrı-ayrı təbəqələrdə necə olduğunu göstərməlidir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən Azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməl rolunu oynayır.
O, Yeni Azərbaycan Partiyasının milli ideologiyanın yüksək vətənpərvərlik nümayiş etdirilməsində məqsədyönlü fəaliyyətinin müstəsna rolunun olduğunu qeyd edib: “Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır”.
Sonra Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli mövzu ilə əlaqəli çıxışında ölkə başçısının “Azərbaycanda yeni dövr başlayır”, - fikrinin milli ideya və milli ideologiyanın mərkəzi müddəası olduğunu bildirib.
Qeyd edib ki, ölkənin ağır durumundan xilası çoxları üçün mümkünsüz görünəndə məhz Azərbaycançılıq ideologiyası təhlükəli vəziyyətdən çıxmaqda harayımıza çatdı və bu ideologiyanın banisi Ulu Öndər Heydər Əliyevdir. O, Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir...” sözlərini xatırladıb. Dahi lider Heydər Əliyevdən sonrakı dövrdə Ulu Öndərin müəllifi olduğu ideologiyanın Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildiyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.