Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2024 11:58
  • A-
  • A
  • A+

Türkiyənin Ege Universitetinin professoru Radiasiya Problemləri İnstitutunda olub

Türkiyənin Ege Universitetinin professoru Radiasiya Problemləri İnstitutunda olub

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Türkiyənin Ege Universitetinin Nüvə elmləri İnstitutunun direktoru, professor Dr Sabriye Yuşan qonaq olub.

Bu münasibətlə keçirilən tədbirdə institutun elmi işçiləri və gənc alim-mütəxəssisləri iştirak ediblər. Görüşü giriş sözü ilə institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev açıb. O qısaca olaraq institutun fəaliyyət istiqamətləri və qazandığı uğurlar haqqında məlumat verib. İnstitutun “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 sahələrində fəaliyyətindən danışıb.

Qeyd edək ki, ötən ilin avqust ayında Radiasiya Problemləri İnstitutu ilə Türkiyənin Ege Universiteti arasında ikitərəfli əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.

Qonaq 48 min tələbə, 8 min magistr və 3 min elmi işçisi olan Ege Universitetinin yaranma tarixi, aparılan elmi tədqiqat işləri, beynəlxalq əlaqələri və laboratoriyaları barədə ətraflı məlumat verib. Nüvə elmləri və onun tətbiqi sahəsində Ege Universitetində aparılan tədqiqatlardan ətraflı bəhs edib. O bu ilin sentyabrında İzmirdə keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verib və azərbaycanlı həmkarlarını sözügedən konfransa dəvət edib.

Sonda Prof. Sabriye Yuşan institut əməkdaşları tərəfindən ünvanlanmış suallara cavab verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: