Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyasının əməkdaşları Məmmədli Arzu və Abbasova Çiçək Avropa komissiyasının INNMEDSCAN layihəsi üzrə Çexiyanın Qərbi Bohemiya Universitetində və Çex Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutunda 29.04.2024-31.05.2024 tarixlərində keçirilən elmi-praktiki təcrübələrdə iştirak ediblər.
Görülən tədqiqat işinin əsas məqsədi INNMEDSCAN layihəsinin 2-ci və 3-cü iş paketləri üzrə azərbaycanlı alimlər tərəfindən hazırlanan MAPD fotodiodları əsasında hazırlanan sintilyator detektorlarının qamma şüalara həssaslığının öyrənilməsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.