Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.06.2024 16:00
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşları Ankarada keçirilən tədbirdə çıxış ediblər

Ədəbiyyat İnstitutunun əməkdaşları Ankarada keçirilən tədbirdə çıxış ediblər

Türkiyənin Ankara şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə İraq türkmanlarının görkəmli tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir çərçivəsində Dr. Şəmsəddin Kuzəçinin “Kərkükün təməl daşı Əta Tərzibaşı” adlı kitabının təqdimatı olub.

Əta Tərzibaşıya həsr olunmuş tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və institutun elmi işçisi Orxan İsayev məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: