Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.06.2024 12:45
  • A-
  • A
  • A+

Qırğızıstanlı alimlər Dilçilik İnstitutunda olublar

Qırğızıstanlı alimlər Dilçilik İnstitutunda olublar

 

Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin Qırğız ədəbiyyatı kafedrasının müdiri professor Turdubaeva Nusgül və Qırğızıstan Milli Elmlər Akademiyasının dosenti Guldaky Ojinuhsaleva  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

İnstitutun direktoru professor Nadir Məmmədli bildirib ki, hər iki xalq arasındakı münasibətlər minillik tarixi və etno-mədəni əsaslara malikdir. N.Məmmədli tərtibçisi olduğu “Divanü luğat-it-türk” əsərinin 3 cildini qonaqlara bağışlayıb. Əsərin yeni cildi haqqında qırğız alimlərinə məlumat verib.

Sonra çıxış edən T.Nusgül və G.Ojinuhsaleva professor Nadir Məmmədliyə təşəkkür ediblər. Bildiriblər ki, bu kitab universitetdə tələbələrə dərs vəsaiti kimi istifadə ediləcək.

Tədbirdə çıxış edən Türk dilləri şöbəsinin əməkdaşları bu görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: