Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
16.06.2024 11:05
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə səhifələrində Qurban bayramı münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

  • Paylaş: