Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Qeylani Pənahov Ufa şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib
24.06.2024 14:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qeylani Pənahov Ufa şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib

Uzun illərdir ki, Azərbaycan və Başqırdıstan (Rusiya Federasiyası) alimləri elm və texnikanın müxtəlif sahələrində əməkdaşlıq edirlər. Xüsusilə, Riyaziyyat və Mexanika İnstitutu ilə Ufa Dövlət Neft Texniki İnstitutunun əməkdaşları arasında səmərəli elmi və təcrübə-tətbiqi əlaqələr yaranmışdır. 

Təşkilatlar arasında bağlanılan elmi-texniki əməkdaşlıq sazişi çərçivəsində АMEA-nın müxbir üzvü Qeylani Pənahov Ufa şəhərində keçirilən "Karbohidrogen potensialının inkişafı - yaşıl texnologiyalar" adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransın təşkilat komitəsinə üzv seçilən prof. Qeylani Pənahov plenar iclasda "Azərbaycan və Başqırdıstan tədqiqatçılarının enerji səmərəli karbohidrogen texnologiyalarının işlənib hazırlanmasında elmi-praktik əməkdaşlığının nailiyyətləri və perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.

Ufada keçirilən tədbirlər çərçivəsində professor Qeylani Pənahov "Neft. Qaz. Texnologiya" Başqırdıstan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisini də ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: