AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından (UNFCCC) və Bioloji Müxtəliflik haqqında Konvensiyasından irəli gələn aktual məsələ – Cənubi Qafqaz regionunda biomüxtəliflik və iqlim dəyişmələri arasında qarşılıqlı əlaqəni öyrənmək, qlobal səviyyədə əhəmiyyətini təsvir etmək və s. məqsədlərlə Qafqaz üçün Ekoregional Mühafizə Planı (ECP 2020) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədinin biomüxtəliflik və iqlim dəyişmələri perspektivindən təhlilinin nəticələrinə həsr edilmiş tədbirdə elmi ekspert qismində iştirak edib.
Tədbirin məqsədi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinin yenilənməsi fəaliyyəti, bu sənəd üzrə aparılmış təhlillərin nəticələrinə ümumi baxış və Ekoregional Mühafizə Planı sənədi üzrə təhlillərin ümumi nəticələrinin müzakirəsi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.