Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2024 13:20
  • A-
  • A
  • A+

AMEA-nın kollektivi Anım Günündə Zəfər parkında olub

AMEA-nın kollektivi Anım Günündə Zəfər parkında olub

Sentyabrın 27-də - Anım günündə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar.

Elmi ictimaiyyətin nümayəndələri Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: