Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2024 09:52
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı elmi seminarda məruzə edib

Tarix Muzeyinin əməkdaşı elmi seminarda məruzə edib

Özbəkistan Respublikasının Özbəkistan Dövlət Tarix Muzeyinin təşkil etdiyi elmi seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Özbəkistan və Azərbaycanda tapılmış Yusif ibn Divdadın qızıl dinarları” (Золотые динары Юсифа бин Дивдада, найденные в Узбекистане и Азербайджане) mövzusunda rus dilində onlayn məruzə edib.

Məruzədə Saci hökmdarı Yusif bin Divdadın (hicri 288 – 315 = 901 - 927) hakimiyyəti dövründə Ərdəbil, Bərdə şəhərlərində zərb edilmiş nadir qızıl dinarlar haqqında ətraflı bəhs edilib. Belə tapıntıların xarici ticarət dövriyyəsindəki əhəmiyyəti, başlıca göstəricilərini açıqlayan məruzəçi həm də orta əsrlərdə inzibatı adlarla zərb edilən qızıl dinarları da vurğulamışdır. İslam numizmatikasını təmsil edən belə sikkələr üzərinə Qurani-Kərimin “Tövbə” və “Rum” surələrindən ayələr, zərbxana, hicri təqvimlə zərb ili, hökmdar adları və titulları həkk edilib. 

Azərbaycan (Naxçıvan) və Özbəkistanda (Səmərqənd) həm tək sayda, həm də dəfinələr halında aşkarlanan belə qızıl sikkələrdən bir ədədi (hicri 293 = 912/913-ci il, Ərdəbil) hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Orta əsrlərin pul dövriyyəsini açıqlayan belə tapıntılar Azərbaycan və Özbəkistan tarixinin ortaq göstəriciləridir.  

Məruzə maraqla dinlənilib, suallar cavablandırılıb, gələcək əməkdaşlıqla əlaqədar təkliflər səsləndirilib.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: