Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2015 16:44
  • A-
  • A
  • A+

Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Dekabrın 22-də Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Milli Məclis deputatlarının, ali məktəb rektorlarının və elm xadimlərinin iştirak etdikləri tədbirdə Təhsil naziri Mikayıl Cabbarov yeni əsası qoyulan əməkdaşlığın əhəmiyyətindən danışıb. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science®” platformasına və “İnCites™” bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib. 

“Thomson Reuters”in dövlət layihələri üzrə prezidenti Sameh S.Əl-Din əməkdaşlıqdan məmnun olduğunu söyləyib. O, dünyada məşhur elmi platforma olan “Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.

Sənədi Təhsil naziri Mikayıl Cabbarov və “Thomson Reuters”in dövlət layihələri üzrə prezidenti Sameh S.Əl-Din imzalayıblar.

Əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: