Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.06.2024 14:30
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib

AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib

Çin Xalq Respublikasının Hebey əyalətinin Siçzyaçjuan şəhərində “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda keçirilən beynəlxalq elmi konfransda AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov “Azərbaycan-qazax ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə Çin dilinə çinli doktorant Sun Dandan tərəfindən sinxron tərcümə edilib.

Pekin İctimai Elmlər Akademiyasının əməkdaşı professor Li Syanın moderatorluğu ilə “Xəzər regionu-Mərkəzi Asiya-Çin: dil və ədəbiyyat” mövzusunda keçirilən bölmə iclasında azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb. İclasın şərhçisi, Tyantszin Şəhərsalma Universitetinin müəllimi professor Yao Çunlin məruzəni yüksək qiymətləndirib, Çində də qazax ədəbiyyatının tədqiqinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, Hebey Pedaqoji Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda Çin və Azərbaycan alimləri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Rusiya, İtaliya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və başqa ölkələrdən gəlmiş alimlər iştirak ediblər.

Beynəlxalq elmi konfransda Azərbaycan AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: