AR zElm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Aynur Abdulkərimova Avropa Komissiyası tərəfindən maliyyələşdirilən POEMS layihəsi və Braziliya Milli Rəsədxanasının dəstəyi ilə təşkil olunmuş beynəlxalq konfransda iştirak edib.
POEMS layihəsi “HORİZON 2020” proqramı daxilində 2019-cu ildə başlayıb və Azərbaycan əməkdaşlıq üçün seçilmiş 11 ölkədən biridir. Adıçəkilən layihə artıq başa çatmaqdadır və bu münasibətlə yekun tədbir olaraq Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Milli Rəsədxanada “Physics of Extreme Massive Stars” adlı konfrans keçirilib.
Konfransda ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimova “Unveiling the Evolutionary Journey of J040901.83+323955.6” adlı məruzə ilə çıxış edib. Məruzədə J040901.83+323955.6 ilə bağlı qeyri-müəyyənliklər analiz olunaraq, ulduzun spektral tipi dəqiqləşdirilib və təkamülünün hansı fazasında yerləşdiyi haqqında bəhs olunub. Seçilmiş ulduz konfrans iştirakçılarının marağına səbəb olub, gələcəkdə onun daha detallı tədqiq olunması planlaşdırılır.
Tədbir çərçivəsində yeni tədqiqatlara başlanılması, layihə bitdikdən sonra əməkdaşlığın davam etdirilməsi, həmçinin yeni əməkdaşlıqlar istiqamətində müzakirələr aparılıb.
Konfransda təqdim olunmuş məruzələrlə linkə keçid edərək tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.