Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
04.07.2024 15:30
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

AR ETN N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənova ŞAR eşelle spektroqrafında alınmış spektrlər əsasında ulduzların fırlanma sürətinin proyeksiyasının təyin edilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə ŞAR-ın 2 m teleskopunda ShAFES spektroqrafında R=28000 ayırdetmə ilə alınmış ulduz spektrləri əsasında ulduzların fırlanma sürətlərinin proyeksiyasının (vsin i) təyini üçün metodiki iş yerinə yetirilib və tətbiq edilib. Spektroqrafın instrumental konturunu təyin etmək üçün müqayisə spektri kimi istifadə olunan ThAr lampa spektrinin təmiz xətlərindən istifadə olunub. İnstrumental kontur δλ=0.15±0.02 Å kimi alınıb. 11 seçilmiş ulduz üçün aparılmış sınaq ölçmələri nəticəsində alınan vsin i kəmiyyətinin əvvəl alınmış nəticələrlə yaxşı uyğunluq təşkil etdiyi göstərilib. Göstərilən ayırdetmə ilə alınmış spektrlər əsasında ulduzların fırlanma sürətinin proyeksiyasının təyin edilməsi üçün riyazi düstur alınıb.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: